AFFA Məşqçilər Komitəsinin sədri: “Qarabağ”ın potensialı daha böyükdür”
sizinxeber.az xəbər saytı

AFFA Məşqçilər Komitəsinin sədri: “Qarabağ”ın potensialı daha böyükdür”


Səfərdə çox acınacaqlı, heç yerinə düşməyən məğlubiyyətlə barışmalı olduq. Lakin “Qarabağ”ın potensialı daha böyükdür.

Bunu “Sizinxeber.az”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis Ağdam təmsilçisinin bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununda şanslarını dəyərləndirib:

“Qarabağ”ın ən çətin məqamlarda çıxış yollarını tapmağı bacaran komanda olduğunu bir daha sübut edəcəyinə inanıram. Hamımız dərk edirik, çox çətindir. Qurban Qurbanov bildirdi ki, qələbə qazanmaq üçün komanda ən yaxşı oyununu keçirməlidir. İnanırıq ki, böyük azarkeş dəstəyi fonunda bizi sevindirəcəklər. Çempionlar Liqası yeni formatda keçiriləcək. Böyük klubları Bakıya gətirmək imkanı olacaq. Hansı ki, bu, futbolumuzun inkişafına təkan verə bilər. Hamımız bunu arzulayırıq. “Qarabağ” buna layiqdir. Səhv etməmək şərti ilə ilk dəqiqələrdən özlərini göstərməlidirlər”.

Komitə sədri baş məşqçi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransında inamlı danışmasına toxunub:

“Qurban Qurbanovun inamlı danışması, fikrimcə, psixoloji təsirdir. Təkcə ictimaiyyət deyil, futbolçular arasında da inam var. Baş məşqçi komandaya inanmalıdır ki, müsbət nəticə əldə olunsun”.

O, oyunda bəxt amilinin vacibliyini vurğulayıb:

“Hər bir oyunda şans mütləq olmalıdır. İlk görüşdə bəxtsizlik var idi. Buna baxmayaraq, “Qarabağ” böyükhesablı məğlubiyyətə layiq deyildi. Əksini Bakıda görməliyik, komanda özünü sübut etməlidir. Düzdür, buna təsadüfi nəticə də demək olmaz. Çünki hər mərhələdə daha güclü rəqiblər gəlir. Nəticəyə fikir verməsək, “Qarabağ”ın potensial baxımından daha üstün olduğunu gördük. Düşünürəm ki, rəqibi məğlub yola salmaq üçün əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçının start fiti bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda səsləndiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda keçirilən ilk qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
Vaqif Sadıqov: "Qarabağ" “Ludoqorets”dən qat-qat üstündür
Qurban Qurbanov: “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır
Çempionlar Liqası: "Qarabağ" bu gün səfərdə "Dinamo" ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər