Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 28 000 bilet satılıb
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 28 000 bilet satılıb


"Qarabağ"ın Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 24700 bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 mindən çox bilet satılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 25 mindən çox bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər