Sergey Yakiroviç: "Qarabağ"la oyuna hazır olması üçün Pyatsanı meydana buraxmadıq
sizinxeber.az xəbər saytı

Sergey Yakiroviç: "Qarabağ"la oyuna hazır olması üçün Pyatsanı meydana buraxmadıq


Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda "Şibenik"ə qarşı III tur matçını buraxmasının səbəbi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.

Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: "Cümə axşamı dabanından xəsarət aldı. Ağrıları var idi. "Qarabağ"la qarşılaşmaya hazır olması üçün risk etmədik".

Qeyd edək ki, görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.

Oxşar xəbərlər

"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın iki aparıcı futbolçusu "Dinamo" ilə matçları buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Dinamo" oyununun başlama saatı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo" "Qarabağ"la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər