sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyə klubunda ilk qolunu vuran Renat Dadaşov: Mövsümə əla başladıq
Mövsümə əla başladıq.
"Report" xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
I Liqanın ilk turunda "Şanlıurfaspor"la matçda fərqlənən 25 yaşlı hücumçu dəstək üçün azarkeşlərə təşəkkür edib: "Biz çalışmağa davam edəcəyik".
Qeyd edək ki, qarşılaşma "Ankaragücü"nün qələbəsi ilə bitib - 2:0. 67-ci dəqiqədə oyuna daxil olan forvard 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb. Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
