"Qarabağ"ın sabiq futbolçusu "Araz-Naxçıvan"a transfer olunub
“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
"Sizinxeber.az" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 1 illik müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.
O, müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Patrik Andradeni transfer edib
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" daha bir futbolçunun transferini açıqlayıb
“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovun müqaviləsinin müddətini uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
