13
may
2026
21:40
yuxarı
Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü
Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü
Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında mübahsiə yaranıb.
Bu barədə Sizinxeber.az-in "qaynar xətti"nə məlumat daxil olub.
Bildirilir ki, avtobusun dayanacağa 40 dəqiqəyə gəlməsi sərnişinləri özündən çıxarıb. Avtobusa daxil olan sərnişinlər buna görə sürücüyüə etiraz ediblər.
Sürücü isə bir müddət avtobusu idarə etməkdən imtina edib və nəqliyyat vasitəsini yol kənarında saxlayıb. Sərnişinlər isə gecikməyə etiraz edərək vəziyyətdən təngə gəldiklərini bildiriblər.
Görüntüləri təqdim edirik:
