Lökbatandakı güclü yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Lökbatandakı güclü yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB-2


Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Report"un əraziyə cəlb olunmuş əməkdaşı xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

İlqar Abdullayev

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Lökbatandakı güclü yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB-2

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb - YENİLƏNİB
Ağdam və Ağdərədəki yanğının söndürülməsinə iki helikopter cəlb olunub
Ağdam və Ağdərədəki yanğın nəzarətə götürülüb - YENİLƏNİB
Binəqədi rayonunda obyektdə yanğın başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər