Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire"ı məğlub edib
sizinxeber.az xəbər saytı

Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire"ı məğlub edib


Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire"ı məğlub edib.

"Sizinxeber.az" xəbər verir ki, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib. Turun son matçında U-19 "Yasamal Baku"nu 7:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" İK 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək Liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşincidir. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - 6-cı yerdədir.

Oxşar xəbərlər

Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib
Futzal üzrə Azərbaycan Yüksək Liqasının XIV turunun iki matçı keçirilib
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib
Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər