Futzal üzrə Azərbaycan Yüksək Liqası: Gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib
Futzal üzrə Azərbaycan Yüksək Liqasında gümüş və bürünc medal qazanan komandalar müəyyənləşib.
"Sizinxeber.az" xəbər verir ki, XX turda qarşılaşan “Baku Fire” və “Neftçi” İK kollektivlərinin duelində birincilər 2:1 hesablı qələbəyə seviniblər.
Bununla da "Baku Fire" komandası mövsümü 47 xalla ikinci, 43 xala malik "ağ-qaralar" isə üçüncü pillədə tamamlayıb.
Digər qarşılaşmalarda "Şuşa" "Yasamal Bakı"nı 10:4, daha əvvəldən çempionluğu rəsmiləşdirən "Araz-Naxçıvan" isə U-19 kollektivini 22:1 hesabı ilə məğlub edib.
Oyunlar başa çatdıqdan sonra mükafatçılar sırasına düşən komandalar, hakimlər və Yüksək Liqanın bombardiri təltif edilib.
Hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Amirhossein Rasouliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” İK komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.
Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.
Qeyd edək ki, 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmda məlum olacaq.
Oxşar xəbərlər
Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire"ı məğlub edib
Yüksək Liqa: "Araz-Naxçıvan" "Baku Fire" klubunu məğlub edib
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib
Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
