Rəşad Sadıqov: "Aprel ayı bizi çox yordu"
sizinxeber.az xəbər saytı

Rəşad Sadıqov: "Aprel ayı bizi çox yordu"


"Zirə" komandası aprel ayında keçirdiyi oyunlar zamanı çox yorulub.

"Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXI turunda "İmişli"yə qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Çətin oyun keçdi. Meydanın vəziyyəti göz qabağına idi. 90 dəqiqə ərzində futbolçularımız öz istəklərini göstərdilər. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, sonluğu gətirmək mümkün olmadı. Qələbə qazana bilmədiyimiz üçün məyusudq. Önümüzdəki matçlara baxacağıq. Sırf kubok barədə düşünmürük. Ölkə çempionatının da oyunlarına önəm veririk. Bilirsiniz ki, adətən kubpk qarşılaşmalarının finalı mövsümün sonuna təsadüf edirdi. Bu dəfə isə sıx qrafik ərəfəsinə düşdü. 35 gün ərzində 8 oyun keçirmişik. Aprel ayı bizi çox yordu".

Qeyd edək ki, "İmişli" - "Zirə" oyununda hesab açılmayıb.

Oxşar xəbərlər

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov: "Sabah" mövsüm ərzində möhtəşəm oyun nümayiş etdirib"
Rəşad Sadıqov: "Karvan-Yevlax"a qarşı oynamağın nə qədər mürəkkəb olduğunu bir daha hiss etdik"
Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir"
Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi
Rəşad Sadıqov: Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər