AFFA rəsmiləri Özbəkistanda birgə fəaliyyət imkanlarını müzakirə ediblər
AFFA rəsmiləri Özbəkistana işgüzar səfər çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
Qurumdan "Report"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibində AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov və İnformasiya Texnologiyaları və Rəqəmsallaşma Departamentinin rəhbəri Rəhim Balakişiyev yer alıblar.
Onlar yerli futbol infrastrukturu və yaradılmış şəraitlə yaxından tanış olub, həmçinin müxtəlif istiqamətlər üzrə yerli mütəxəssislərlə bir sıra görüşlər keçirib, fikir mübadilələri aparıblar.
Səfər çərçivəsində Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatov Azərbaycan nümayəndə heyəti ilə görüşüb. İki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və futbolun müxtəlif istiqamətləri üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə hakimlik sisteminin inkişafı, gənc hakimlərin hazırlanması və onların peşəkar səviyyəsinin artırılması məsələlərinə diqqət yetirilib.
Bununla yanaşı, futbolun rəqəmsallaşdırılması, müasir İT həllərinin tətbiqi, məlumat bazalarının idarə olunması və uşaq-gənclər futbolunun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, 2027-ci ildə U-20 dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.
Oxşar xəbərlər
AFFA hakimlərə təşəkkürnamə paylayıb
AFFA ilə Pakistanın Futbol Federasiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
AFFA-nın prezidenti UEFA-nın toplantısına qatılıb
AFFA rəhbərliyi bir sıra rayonlara səfər edib
AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
