"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted"in Çempionlar Liqasından əldə edəcəyi gəlir bəlli olub


İngiltərə təmsilçisi "Mançester Yunayted"in növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirakı sayəsində əldə edəcəyi gəlirin həcmi bəlli olub.

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində iştirak "qırmızı şeytanlar"a 80 milyon funt sterlinq qazandıracaq.

Bu məbləğin təxminən 70 milyon funt sterlinqi qrup mərhələsində iştirakdan, 10 milyon funt sterlinqi isə "Adidas" ilə müqavilə çərçivəsində nəzərdə tutulan bonusdan ibarətdir.

Komanda İngiltərə Premyer Liqasının XXXV turunda "Liverpul"u məğlub edərək xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlində beşinci pilləni təmin etməklə Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.

Bildirilir ki, komanda turnirdə daha da irəliləyəcəyi təqdirdə əlavə olaraq 20 milyon funt sterlinq qazana bilər.

Qeyd olunur ki, bu gəlir klubun yay "transfer pəncərəsi"ndə fəaliyyətinə ciddi təsir göstərəcək.

Oxşar xəbərlər

"Mançester Yunayted" afrikalı hücumçunun transferi üçün 60 milyon funt-sterlinq təklif edib
"Mançester Yunayted" Premyer Liqadan düşəcəyi təqdirdə sponsorluq müqaviləsini itirə bilər
"Çelsi"nin son üç ildə akademiya yetirmələrinin satışından əldə etdiyi gəlir 250 milyon funt-sterlinqi keçib
"Mançester Yunayted"in sabiq və hazırkı baş məşqçisinə görə ödədiyi təzminat məbləği açıqlanıb
Ötən il avrokuboklarda ən çox gəlir əldə edən klub "Real" olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər