Ötən il avrokuboklarda ən çox gəlir əldə edən klub "Real" olub
Ötən il avrokuboklarda ən çox gəlir əldə edən klub İspaniya təmsilçisi "Real" olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.
2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan Madrid klubu 138,8 milyon avro qazanıb. Paytaxt təmsilçisi sözügedən məbləğin 14 milyon avrosunu yayım hüquqlarının satışından əldə edib.
Ötən mövsüm əldə edilən gəlirlərə görə ikinci və üçüncü yerləri müvafiq olaraq PSJ (122,4 milyon avro) və Almaniyanın "Borussiya" (Dortmund, 120,7 milyon avro) klubları tutub.
Avropa Liqasının son qalibi "Atalanta"nın (İtaliya) qazancı isə təxminən 34 milyon avro olub.
Qeyd edək ki, digər klublardan Almaniya təmsilçisi "Bavariya" büdcəsinə 120,4 milyon avro əlavə edib. "Mançester Siti" (İngiltərə) 120 milyon avro qazanıbsa, İspaniya "Barselona"sı 98 milyon avro əldə edib. İngiltərənin digər klubu "Mançester Yunayted"in qazancı isə 60,7 milyon avro olub.
Oxşar xəbərlər
İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib
"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
Səudiyyə Ərəbistanı klubu "Barselona"nın futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
