"Çelsi"nin son üç ildə akademiya yetirmələrinin satışından əldə etdiyi gəlir 250 milyon funt-sterlinqi keçib
İngiltərənin "Çelsi" klubunun son üç il ərzində akademiya yetirmələrinin satışından əldə etdiyi gəlir 250 milyon funt-sterlinqi keçib.
"Sizinxeber.az" BBC-yə istinadən xəbər verir ki, bu, Armando Broxanın Premyer Liqanın digər təmsilçisi "Börnli"yə keçidindən sonra reallaşıb.
Noni Madueke, Corce Petroviç və digər oyunçuların transferləri Premyer Liqa təmsilçisinin xalis mənfəətini artırıb. Klub bu yay gəlirini 300 milyon funt-sterlinqə yüksəltməyi planlaşdırır.
Akademiya məzunları ilə yanaşı, Meyson Mauntun (55 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib) Yan Maatsenin (37,5 milyon avro qarşılığında "Aston Villa"ya transfer olunub), Konor Qallaherin (34 milyon avro qarşılığında "Atletiko Madrid"ə keçib) və Lyuis Hollun (28 milyon avro qarşılığında "Nyukasl"a transfer olunub) satışı da "Çelsi"nin büdcəsini əhəmiyyətli dərəcədə artırıb.
London klubu həmçinin son üç mövsümdə yeni oyunçulara 1,25 milyard funt-sterlinq xərcləyib.
Qeyd edək ki, "Çelsi" daha əvvəl UEFA-nın maliyyə feyr-pleyi qaydalarına əməl etmədiyi üçün 26,7 milyon funt-sterlinq məbləğində cərimələnmişdi. Klub növbəti mövsümlərdə də maliyyə feyr-pleyi qaydalarına əməl etməsə, cərimə məbləğinin 51,2 milyon funt-sterlinqə qədər artacağı bildirilib.


width="220" alt=""Çelsi" futbolçuların satışından 200 milyon funt-sterlinq qazanmaq istəyir" />
width="220" alt="La Liqa klubu "Çelsi"nin futbolçusunu transfer edə bilər siz" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />