"Real" azarkeşləri Mbappenin klubdan getməsi üçün 1 milyondan çox imza toplayıblar
"Real" azarkeşləri hücumçu Kilian Mbappenin İspaniya təmsilçisindən ayrılması tələbi ilə artıq 1 milyon 278 mindən çox imza toplayıblar.
"Sizinxeber.az" ESPN-ə istinadən məlumat verir ki, fransalı forvardın klubu tərk etməsi üçün hazırlanan petisiya ("Mbappe Out") internetdə geniş yayılmaqdadır.
Azarkeşlər eyni zamanda futbolçunun qısamüddətli zədə dövründə İtaliyaya səfər etməsinə görə narazılıqlarını bildiriblər.
Mətbuatda yer alan xəbərlərə görə, hücumçunun intizam məsələləri ilə bağlı ciddi problemləri var. O, bir neçə dəfə komandanın tədbirlərinə gecikmə ilə gəlib və məşqlər zamanı klub əməkdaşlarına qarşı qeyri-etik davranış sərgiləyib.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən "Real"ın heyətində çıxış edir.
Oxşar xəbərlər
KİV: "Real" rəhbərliyi Kilian Mbappenin oyunundan narazıdır
Kilian Mbappe zədələnib
Kilian Mbappe 2018-ci ildən bəri ən pis seriyasına imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

