Elşad Quliyev: "Təlim-məşq toplanışı uğurla davam edir, zəhmətimizin bəhrəsini görmək istəyirik"
Azərbaycanın minifutbol yığması təlim-məşq toplanışını uğurla davam etdirir.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Elşad Quliyev məlumat verib.
O, yığmanın Monteneqronun Hertseq Novi şəhərində keçirdiyi təlim-məşq toplanışı barədə danışıb:
"Hazırlığımızın birinci mərhələsini başa vurmuşuq. Hər şey qaydasında gedir. İndi yoxlama oyunları keçirmək zamanıdır. Üç yoxlama matçında qüvvəmizi sınamışıq. Bu gün və sabah hərəsində 2 dəfə olmaqla daha iki qarşılaşma keçirəcəyik. Ardınca iki gün məşq prosesi olacaq. Mayın 9-da Vətənə qayıdacağıq. Bununla da təlim-məşq toplanışının ikinci mərhələsi yekunlaşacaq. Ondan sonra da əsas heyət üzvləri ilə birgə Bakıda məşqləri davam etdirəcəyik. Hər şey yaxşıdır, məşqlər uğurlu keçir. İnanırıq ki, hər zaman olduğu kimi zəhmətimizin bəhrəsini görəcəyik. Avropa çempionatında uğurlu nəticə qazana biləcəyimizə ümid edirəm".
E.Quliyev Slovakiyada baş tutacaq Avropa çempionatında finala qədər irəliləyə biləcək gücdə olduqlarını vurğulayıb:
"Ümid edirik ki, yaxşı nəticə qazanarıq. Qitə birinciliyində ən azı yarımfinalda oynamaq istəyirik. İnanırıq ki, zədəli futbolçularımız olmayacaq".
Qeyd edək ki, Azərbaycanın minifutbol seçməsi mayın 27-dən iyunun 4-dək Slovakiyada Avropa çempionatında iştirak edəcək. Elşad Quliyevin rəhbərlik etdiyi yığma qitə birinciliyinə hazırlıq məqsədi ilə artıq 3 yoxlama matçında qüvvəsini sınayıb. Azərbaycan Bosniya və Herseqovinanı 6:1, Monteneqronun B komandasını 2:0, Qazaxıstan seçməsini isə 5:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Azərbaycan minifutbol yığması Monteneqroya yollanıb
Azərbaycanın basketbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək
Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
