Rəşad Sadıqov: "Güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik"
"Zirə"Azərbaycan Kubokunun yarımfinalında güclü rəqibə qarşı mübarizə apararaq finala yüksəlib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı keçirilən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
"Gərgin və stressli qarşılaşma alındı. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik. Bəlkə də mövsümün ən gərgin matçını oynadıq. 65-ci dəqiqəyə qədər qarşılaşma bərabər səviyyədə gedirdi, daha sonra rəqib irəli atıldı. Biz isə hesabı qorumaq üçün daha çox müdafiəyə üstünlük verdik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçularıma təşəkkür edirəm, güclü komandaya qarşı yaxşı mübarizə apararaq finala yüksəldik."
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
Oxşar xəbərlər
Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir"
Rəşad Sadıqov: "Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi"
Rəşad Sadıqov: ""Hayduk"la oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm"
Yunis Hüseynov: "Zirə" ilə ilk oyunda haqqımızı yedilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
