Rəşad Sadıqov: "Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi"
"Hayduk"a qarşı meydanda azlıqda mübarizə aparmaq "Zirə" üçün çətin olub.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, komandasının əzmkar çıxış etdiyini vurğulayıb:
"Futbolçularıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Onlar bu gün mübariz oyun sərgilədilər. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq. Lakin onlara qarşı təzyiq göstərməyə başlamışdıq. Qarşılaşmanın əvvəlində bu bizdə çox yaxşı alınırdı. Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq hücumlarımız davam edirdi və qol vuraraq hesabı bərabərləşdirdik. Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi".
Oxşar xəbərlər
Rəşad Sadıqov: ""Hayduk"la oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm"
Rəşad Sadıqov: "Hayduk"la matçda qələbəyə yaxın olan tərəf biz idik"
"Zirə"nin baş məşqçisi: Salifu Suma öz karyerasını təhlükə altına qoydu
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq
Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













