Rəşad Sadıqov: ""Hayduk"la oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm"
"Zirə" "Hayduk"la oyuna yetərincə hazırlaşa bilməyib.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Bizim üçün avrokubok mövsümü başlayır. Oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm. Əla olmasa da, normal səviyyədə hazırlaşmışıq. Düşünürəm ki, sabah maraqlı və gərgin oyun gözləyir. İnşallah, əlimzdən gələni edəcəyik ki, sabah rəqib üzərində üstünlük yarada bilək. Azarkeşlərdən tribunaları doldurmaqlarını istəyərdim. Onlara ehtiyacımız var. Mərhələni adlamağı çox istəyirik".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Oxşar xəbərlər
Salifu Suma "Zirə"dən ayrılıb
"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibi böyükhesablı qələbəyə sevinib
Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq
"Zirə"nin rəqibinin futbolçusu Portuqaliya klubuna transfer olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












