"Real Madrid" Vinisiusun taleyi ilə bağlı qərar verib
"Real Madrid" futbol klubunun rəhbərliyi 25 yaşlı braziliyalı cinah oyunçusu Vinisius Junior ilə müqaviləni uzatmaq istəyir.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, cinah oyunçusuna yaxın gələcəkdə yeni müqavilə təklif olunacaq. Braziliyalı futbolçunun 2023-cü ildə təkmilləşdirilmiş şərtlərlə imzaladığı hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Daha əvvəl bildirilib ki, başqa heç bir klub bu yay Vinisiusu transfer etmək istəmir.
Cari mövsüm cinah oyunçusu 47 matçda meydana çıxıb, 17 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" saytının məlumatına görə, onun hazırkı dəyəri 150 milyon avrodur.
Oxşar xəbərlər
"Real Madrid" Vinisiusun Səudiyyə Ərəbistanına mümkün satışı ilə bağlı mövqeyini açıqlayıb
Vinisius Junior Səudiyyə Ərəbistanından gələn təklif barədə düşünmək üçün vaxt istəyib
"Real"ın üzvü La Liqada noyabrın ən yaxşı oyunçusu seçilib
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
