AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib
sizinxeber.az xəbər saytı

AFFA-da Region Liqası klubları üçün xüsusi dövr iclası keçirilib


AFFA-nın Lisenziya və Qeydiyyat Departamenti tərəfindən "RL-II L" lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn klublar üçün 2026/2027-ci illər mövsümünün lisenziyalaşdırma prosesi üzrə xüsusi dövr iclası keçirilib.

"Report" xəbər verir ki, AFFA Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunan tədbirdə baş katibin müavini Elçin Məmmədov, Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli çıxış edərək klublara lisenziyalaşdırma mövsümündə uğurlar arzulayıblar.

İclas zamanı iştirakçı klublara lisenziyalaşdırma qaydaları, qeydiyyat prosesləri, tələb olunan sənədlər, eləcə də klublar tərəfindən atılacaq növbəti addımlar haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb və praktiki izahlar təqdim olunub.

Oxşar xəbərlər

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib
AFFA-nın icraçı vitse-prezidenti: Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq
AFFA Premyer Liqaya yüksəlmiş klublara bir mövsümlük möhlət verib
AFFA rəsmisi Lisenziya Komissiyasının qərarlarına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər