AFFA rəsmisi Lisenziya Komissiyasının qərarlarına münasibət bildirib
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov qurumun Lisenziya Komissiyasının bu gün baş tutan iclasında "Qəbələ", "İmişli", "Karvan" komandalarına Misli Premyer Liqasında iştirak üçün lisenziya verilməsinə və digər qəbul olunan qərarlara münasibət bildirib.
O, bu barədə "Report"a açıqlama verib.
Məmmədov əsas tələbin stadionla bağlı olduğunu bildirib.
"Karvan" və "İmişli" minimum lazım olan tələblərə cavab verdikləri üçün onlara lisenziya verilib. Peşəkar Futbol Liqası daha öncədən lisenziya üçün müraciət edən komandaların stadionlarına baxış keçirib və müəyyən çatışmazlıqlar aşkarlayıb. Həmin problemlərlə bağlı klublara yazılı şəkildə bildirilib və çatışmazlıqları aradan qaldırmaq üçün son tarix müəyyən olunub. Müəyyən edilmiş vaxta qədər stadiondakı problemlərlər aradan qalxmasa, onlar bizə alternativ stadion təqdim etməlidirlər".
AFFA rəsmisi I Liqanın aşağı sıralarında yer alan “Baku Sportinq” və “Difai” klublarının Premyer Liqada iştirak etmək üçün müraciət etməsi barədə danışıb:
"Komandalar lisenziya üçün müraciət edərkən biz onların çempionatdakı mövqelərinə baxmırıq. Bizə lazımdır ki, həmin komandalar minimum tələblərə cavab versinlər. Sənədlər qaydasındadırsa, onlara lisenziya verməmək hüququmuz yoxdur. Bundan başqa, bəzi komandalar mövsümün əvvəlində avrokuboklarda iştirak etmək üçün UEFA müraciəti edirlər. Lakin mövsümün gedişində həmin klubların nəticələri qənaətbəxş olmadığı təqdirdə, yenidən bizə müraciət edərək lisenziya növünü dəyişdirmək hüququna sahibdirlər".
Oxşar xəbərlər
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib
“Laser Beauty Clinic”in filialının lisenziya əlavəsi dayandırılıb
La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib
AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













