Aslan Kərimov: "UEFA seminarında "Qarabağ"ın pley-offdakı oyunu da təhlil olundu"
sizinxeber.az xəbər saytı

Aslan Kərimov: "UEFA seminarında "Qarabağ"ın pley-offdakı oyunu da təhlil olundu"


Rumıniyanın paytaxtı Buxarestdə "Oyun təhlilinə dair Share seminarı"nda "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarından da bəhs edilib.

Bunu "Report"a açıqlamasında UEFA-nın tədbirində iştirak etmiş AFFA-nın Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov bildirib.

O, sözügedən seminarda qitənin bir nömrəli klub turnirinin pley-off qarşılaşmalarının təhlil olunduğunu vurğulayıb:

"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlar təhlil olundu. Təmsilçimiz "Qarabağ"ın matçı da buraya daxil idi. Müzakirəmiz əsasən "oyunlar necə analiz olunur, nələrə diqqət edilməlidir" yönündə idi. "Matç təhlillərini necə kurslara çevirmək olar" mövzusunda da danışıldı. Peşə olaraq məşqlərin, oyunların analizini sertifikatlaşdırmaq da mümkündür. Buna aid müzakirələr gedirdi. Bizim orada təklifimiz öyrənmə prosesi ilə bağlı idi. Amma qulaq asdığımız, danışdığımız, müzakirə etdiyimiz məqamlar pley-off mərhələsində "Qarabağ"ın və ya digər komandaların matçlarda göstərdikləri performanslar oldu. Görünməyən detalları göstərmək baxımından nələrin baş verdiyini bir az müzakirə etdik".

A.Kərimov tədbir çərçivəsində oyun təhlili, müasir təhlil tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun təhlili mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparıldığını diqqətə çatdırıb:

"İspaniya, Portuqaliya, Niderland kimi futbolda nəhəng ölkələr də seminara qatılmışdı. Onlardan götürüləsi bəzi məqamlar var idi. İsrail, Belarus, Andorra kimi ölkələr də iştirak edirdi".

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun keçirilib
UEFA Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı rəqibinin futbolçusu zədələnib
UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun keçiriləcək
AFFA nümayəndələri UEFA-nın seminarında iştirak ediblər
Çempionlar Liqası: "Qarabağ"ın pley-off oyunlarının başlama saatı bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər