Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub
sizinxeber.az xəbər saytı

Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub


Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub.

"Report" xəbər verir ki, həlledici görüşün iştirakçılarının adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.

"Zirə" "Sumqayıt"ı 5:2 hesabı ilə məğlub edib. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Zirə" finala adlayıb.

Digər yarımfinal oyunu "Aznur" və "Birbaşa Bakı" arasında baş tutub. Matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 üstün olan "Birbaşa Bakı" finala yüksəlib.

Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda reallaşacaq. Üçüncü yer uğrunda görüşdə isə "Sumqayıt" və "Aznur" komandaları qarşılaşacaq.

Oxşar xəbərlər

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal cütləri bəlli olub
Minifutbol üzrə Azərbaycan çempionatının ən güclü komandaları və oyunçuları mükafatlandırılıb
Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər
Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında üz-üzə gələcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər