"Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”
"Araz-Naxçıvan" "Omoniya" ilə səfər matçında istəyinə çatacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib:
“Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin, gərgin olacaq, ancaq biz hazırıq".
O, rəqibi yaxşı tanıdığını bildirib:
"Rəqibə qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”.
Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın Kiprə səfər planı müəyyənləşib
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Omoniya" səfərində yaxşı nəticə qazanmaq üçün çalışacağıq"
"Araz-Naxçıvan"ın futbolçusu: "Omoniya" komandasını yaxşı təhlil etmişik"
AFFA Məşqçilər Komitəsinin üzvü: "Omoniya" ilə cavab oyunu "Araz-Naxçıvan" üçün imic baxımından önəmlidir"
Kipr klubunun baş məşqçisi: "Araz-Naxçıvan"la oyuna ciddi hazırlaşmışıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
