Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib


Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.

“Sizinxeber.az” xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub
Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib
Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki oyunlarının vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər