Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib


Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.

"Sizinxeber.az"un məlumatına görə, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.

Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin kollektivi qatılacaq.

Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan seçməsi ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay komandaları yarışacaqlar.

Qeyd edək ki, 2023-cü ildə keçirilən son analoji çempionatın qalibi Kuba kollektivi olub.

Oxşar xəbərlər

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Azərbaycanın 3x3 basketbol millisinin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər