"Neftçi"nin baş məşqçisi: “Türkiyə klubunda heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər"
“Neftçi”nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Fomget”də (Türkiyə) heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər.
Bunu “Sizinxeber.az”a açıqlamasında Bakı klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis çox önəmli matça çıxacaqlarını vurğulayıb:
“Bu gün çox önəmli oyuna çıxacağıq. Təəssüf ki, iki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır. Birinci il Avstriya çempionu ilə oynadıq. Bu il isə Türkiyə çempionu ilə qarşılaşacağıq. “Fomget” həqiqətən də son illərdə qadın futboluna çox yaxşı yatırımlar edib. Əlbəttə, heyətdə dəyişikliklər var. Son bir ayda 10-a yaxın futbolçu gətiriblər və hər biri fərdi baxımdan keyfiyyətlidirlər. Eyni zamanda, öz millilərinin üzvüdürlər. Bəlkə də rəqibin heyətində çox dəyişikliklər edildiyinə görə uyğunlaşma baxımından sıxıntı yaşaya bilərlər”.
Baş məşqçi rəqibi təhlil etdiklərini söyləyib:
“Oyuna maksimum şəkildə hazırlaşmışıq. Çalışacağıq ki, bu gün yaxşı işlər görək. Rəqibi təhlil etmişik. Məşqçilər korpusu dəyişib. Hazırlıq dönəmində oyun keçirməyiblər. Mənim “Fomget”də çalışdığım dönəmlərdən tanıdığım bir sıra oyunçular var ki, hazırda da əsas heyət üzvdürlər. Yeni gələnlərlə bağlı da məlumat öyrənməyə çalışmışıq. Buna uyğun hazırlıq görmüşük”.
S.Əsgərov komandasında ciddi itkilər olmadığını bildirib:
“Düzdür, bəzi futbolçular gətirmişik. Türkiyədən bəzi futbolçular dəvət etmişik və boşluqları doldurmağa çalışmışıq. Bakıdakı toplanış zamanı zədələnən oyunçularımız da var idi. Əlbəttə, məqsəd növbəti mərhələyə keçməkdir. Bu matçın qalibi İsrail klubu ilə oynayacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu gün az səhv etsək, həmçinin rəqibi səhvlərə məcbur etsək, istəyimizə nail olarıq”.
Qeyd edək ki, “Fomget” - “Neftçi” matçı bu gün Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Çempionlar Liqasındakı oyunumuz İsrail klubunun UEFA-ya müraciəti əsasında Albaniyada olacaq"
"Neftçi"nin baş məşqçisi: "Püşkatma zamanı Türkiyə klubunun adını görəndə həyəcanlandım"
"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
"Neftçi"nin baş məşqçisi: Avstriya klubu ilə matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu
"Neftçi" Azərbaycan millisinin ölkə xaricində çıxış edən futbolçuları ilə danışıq aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
