"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
sizinxeber.az xəbər saytı

"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək


"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirəcək.

"Sizinxeber.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, IV qrup

20:00. "Fomget" (Türkiyə) - "Neftçi"

Baş hakim: Hanna Layanen (İsveç).

Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf II təsnifat mərhələsinə adlayacaq.

Oxşar xəbərlər

"Neftçi"nin UEFA Çempionlar Liqasında Türkiyə klubuna qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib
Çempionlar Liqası: "Neftçi"nin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib
"Neftçi"nin baş məşqçisi: "Çempionlar Liqasındakı oyunumuz İsrail klubunun UEFA-ya müraciəti əsasında Albaniyada olacaq"
"Neftçi"nin baş məşqçisi: "İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir"
“Neftçi”nin baş məqçisi: “Müqavilə bağlamaq istədiyimiz oyunçular arasında Türkiyə yığmasının üzvləri də var”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər