Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.
Vətəndaşlar təhsil haqqında sənədlərini "mygov" platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün "mygov" platformasında "Xidmətlər" bölməsindən "Təhsil" kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaqdır. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını "mygov" tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan "Paylaşdığım məlumatlarım" bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.
Qeyd edək ki, bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq "mygov"a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store
Oxşar xəbərlər
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib
Azərbaycanda rəqəmsal hökumət platformasından istifadə edən vətəndaşların sayı 1,5 milyonu ötüb
“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!
Azərbaycanda rəqəmsal tələbə kartlarından istifadəyə start verilir
Prezident təsdiqlədi: onların təhsil haqqını dövlət ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib











