Xamenei müraciət yaydı: Tramp devriləcək!
sizinxeber.az xəbər saytı

Xamenei müraciət yaydı: Tramp devriləcək!


Trampın əli mindən çox iranlının qanına batıb - on iki günlük müharibədə minlərlə həmvətənimiz - komandirlərdən, elm adamlarından və hörmətli şəxslərdən tutmuş adi insanlara qədər - şəhid olub.

Axar.az xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib.

“Bu şəxs deyib ki, müharibə zamanı əmri mən vermişəm. Beləliklə, o, əlinin iranlıların qanına batdığını etiraf edib. Sonra da deyir ki, mən İran millətinin tərəfdarıyam. Bir ovuc təcrübəsiz, diqqətsiz və düşüncəsiz insan buna inanır, qəbul edir və onun istəklərinə uyğun hərəkət edir.

Millətimiz əcnəbilər üçün muzdluluğa dözmür. Kim olursan ol, bir dəfə əcnəbi üçün muzdlu ol, bir dəfə əcnəbi üçün işlə, millət səni rədd edilmiş hesab edir.

Orada təkəbbür və qürurla oturub bütün dünyanı mühakimə edən o adama (Trampa) gəldikdə isə, o, həmçinin bilməlidir ki, adətən dünyanın despotları və təkəbbürlü gücləri - firon, Nəmrud, Rza Xan, Məhəmməd Rza və başqaları qürurlarının zirvəsində olduqları zaman devrilmişdilər. O da devriləcək”, - Xamenei bildirib.

Oxşar xəbərlər

Xamenei HƏMAS nümayəndə heyəti ilə görüşüb
Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq
Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil
İranın ali lideri ABŞ-ni hədələyib
Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər