Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
yan
2026
12:50
0
0
15 637
ff aaaaaaa

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

09 yan, 2026
12:50
15 637

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi həyata keçirilib.

Sizinxeber.Az Milli.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Elvin Əmirov struktur dəyişikliyi nəticəsində ləğv edilən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.

O, yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov 2023-cü ildən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl isə İnformasiya təminatı və təhlili sektorunun müdiri işləyib.

Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul