FİFA-nın Afrika ofisi Mərakeşin paytaxtı ətrafında açılıb
sizinxeber.az xəbər saytı

FİFA-nın Afrika ofisi Mərakeşin paytaxtı ətrafında açılıb


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Afrika ofisi şənbə günü Mərakeş paytaxtının ətrafı Sale şəhərindəki Kral VI Məhəmməd Futbol Kompleksində açılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” xəbər agentliyi məlumat yayıb.

Mərasimdə FİFA prezidenti Canni İnfantino, Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe, Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa, krallığın müxtəlif rəsmiləri və idman sektorunun nümayəndələri iştirak ediblər.

İnfantino açılış mərasimində deyib: “Bu, FİFA və Afrika, Mərakeş və bütün dünyada futbol tarixinə qızıl hərflərlə yazılacaq tarixi bir an, bayram və xoşbəxtlik günüdür”.

“Nümayəndəliyin açılışı lazımi vaxtda, o cümlədən taxt gününün (Mərakeşin əsas milli bayramı, hər il iyulun 30-da qeyd olunur – red.) qeyd olunması ilə üst-üstə düşdüyünə görə baş verir”, - FİFA prezidenti əlavə edib.

Oxşar xəbərlər

FİFA-nın keçmiş vitse-prezidenti dünyasını dəyişib
FİFA Panama Futbol Federasiyasının rəhbərini vəzifəsindən kənarlaşdırıb
Canni İnfantino son dörd ildə FIFA-nın gəlirlərinin iki dəfə artdığını açıqlayıb
Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a hazırlıq üçün birgə komissiyalar yaradacaq
FIFA prezidenti Rusiya komandalarının beynəlxalq yarışlara mümkün qayıdışına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər