Azərbaycan millisinin futbolçusu: "Rubin"in mükafatçılar sırasına düşmək şansı yoxdur"
Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Alina Dorofeyevanın formasını geyindiyi Rusiyanın “Rubin” klubunun ölkə çempionatında mükafatçılar sırasına düşmək şansı yoxdur.
Bu barədə müdafiəçi “Sizinxeber.az”a açıqlamasında bildirib.
O, rəqiblərlə xal fərqi böyük olduğundan mükafatçılar sırasında yer almaq şanslarının olmadığını söyləyib:
“Əsas vəzifəmiz hər matçda qalib gəlmək və turnir cədvəlində yüksəlməkdir. Hazırda 11-ci yerdəyik, düşünürəm ki, mükafatçılar sırasında yer almaq şansımız yoxdur. Çünki fərq çox böyükdür”.
O, ölkə çempionatında “Zvezda-2005” ilə matçdan sonra XV turun rəmzi yığmasına düşdüyünə görə sevindiyini söyləyib:
“Əlbəttə ki, turun rəmzi yığmasına düşə bildiyim üçün şadam. Amma ən əsası komandanın 3 xal qazanması və qalib gəlməsidir”.
A.Dorofeyeva “Zvezda-2005” ilə oyunda məhsuldar ötürmə müəllifi olmasına və qol epizoduna da toxunub:
“Bizim üçün yaxşı oyun oldu. Topu rəqibdən aldım və məhsuldar ötürmə verdim. Müdafiəçilər bunun qarşısını ala bilmədilər. Nəticədə hücumçumuz topu qapıya göndərməyi bacardı”.
Qeyd edək ki, A.Dorofeyevanın formasını geyindiyi “Rubin” Rusiya çempionatının XV turunda “Zvezda-2005” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda məhsuldar ötürmə müəllifi (21-ci dəqiqə) olan müdafiəçi turun rəmzi yığmasına düşüb.
Oxşar xəbərlər
Azərbaycanın millisinin futbolçusu: "Rubin"in mükafatçılar sırasına düşmək şansı yoxdur"
Azərbaycan millisinin müdafiəçisi Rusiyada turun rəmzi yığmasına düşüb
Azərbaycan millisinin futbolçusu: "Rusiya çempionatında turun rəmzi komandasına düşmək sevindirici haldır"
Azərbaycan millisinin üzvü: "Avropa Kubokunun əsas mərhələsində hədəf mükafatçılar sırasına düşməkdir"
Azərbaycan millisinin futbolçusu Rusiya klubuna transfer olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
