Azərbaycan millisinin müdafiəçisi Rusiyada turun rəmzi yığmasına düşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin müdafiəçisi Rusiyada turun rəmzi yığmasına düşüb


Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb.

“Sizinxeber.az” yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi XV turun ən yaxşıları arasında yer alıb.

Dorofeyevanın komandası XV turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Milli üzvü komandasının vurduğu ilk qolda (21-ci dəqiqə) məhsuldar ötürmə müəllifi olub.

Start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Rubin” XVI turda “Yenisey” komandası ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin daha bir futbolçusu keryerasını "Rubin"də davam etdirəcək
Azərbaycan millisinin futbolçusu Rusiya klubuna transfer olunub
Diana Məmmədova: "Rubin"ə keçidim Azərbaycan millisindəki çıxışıma da müsbət təsir göstərəcək"
Azərbaycan millisinin futbolçusu: "Rusiya çempionatında turun rəmzi komandasına düşmək sevindirici haldır"
Azərbaycan millisinin futbolçusu: "Özümü Rusiyanın başqa klubunda sınamaq istədim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər