Arda Turan: Futbol vacibdir, amma ailələrimizdən daha vacib heç nə yoxdur
sizinxeber.az xəbər saytı

Arda Turan: Futbol vacibdir, amma ailələrimizdən daha vacib heç nə yoxdur


Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi Arda Turan ölkədəki geosiyasi vəziyyətə görə qorxu hiss edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.

"Report" xəbər verir ki, Arda Turan bu fikirləri İspaniyanın "Marca" nəşrinə verdiyi müsahibədə dilə gətirib.

"Qorxu və ya qeyri-müəyyənlik hiss edirsinizmi?" sualna türkiyəli mütəxəssis bu cür cavab verib: "Bir saniyə belə. Buradakı insanlar təxminən 3 ildir çox çətin anlar yaşayır. Onların bunu hər gün və hər saniyə yaşadığı bir yerdə mən buna görə necə şübhə edə bilərdim? Biz Ukraynaya insanların həyatına öz işimizlə bir az sevinc qatmaq üçün gəldik. Futbolumuz və nailiyyətlərimizlə onları mümkün qədər xoşbəxt etməyə çalışacağıq. Mənim ürəyim və düşüncələrim həmişə onlarladır".

Arda Turan "Bu vəziyyət komandanın gündəlik həyatına necə təsir edir? Oyunçularla müqavilə imzalamağı çətinləşdirirmi?" sualına da cavab verib. "Əlbəttə, təsir edir. Biz həyatdan danışırıq. Amma mənim oyunçularım inanılmaz dərəcədə peşəkardırlar. Nə baş versə də, onlar meydanda 100%-ni ortaya qoymağa çalışır. Mən onlara çox hörmət edirəm. Hər görüşdə deyirəm: "Futbol vacibdir, amma həyatda ailələrimizdən daha vacib heç nə yoxdur". Mən əvvəldən onlara demişəm ki, həyatlarının hər bir aspektində onlarla birgəyəm".

Oxşar xəbərlər

Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olunub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında ayın ən yaxşı oyunçusu seçilib
Aralıq dənizində ard-arda üç güclü zəlzələ olub
Arda Turanın komandası Türkiyə Superliqasına vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle