"Lion" Liqa 2-yə düşürülməsi barədə qərardan şikayət üçün lazım olan vəsaiti toplayıb
Fransanın "Lion" klubu Liqa 2-yə düşürülməsi barədə qərardan şikayət etmək üçün lazım olan vəsaiti toplayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub şikayət üçün tələb olunan 100 milyon avronu toplaya bilib.
Fransa futbol klublarının hesablarına nəzarət və monitorinqi həyata keçirən təşkilat (DNCG) komandanın əsas liqada, eləcə də avrokuboklarda iştirakını təmin etmək qərarına gəlib. Bunun üçün əlavə xərclər də daxil olmaqla ümumilikdə 117 milyon avro ödənilib.
Qeyd edək ki, "Lion" 2024/2025 mövsümündə 57 xalla Liqa 1-i altıncı sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb. Maliyyə hesabatlarında pozuntulara yol verdiyinə görə komandanın aşağı dəstəyə göndərilməsi barədə qərar çıxarılmışdı.
Oxşar xəbərlər
Fransa klubu Liqa 2-yə düşürülməsi barədə qərardan şikayət etmək üçün 100 milyon avro tapmalıdır
"Lion" yeni baş məşqçisini açıqlayıb
Fransanın məşhur klubunun yeni prezidenti qadın olub
Fransanın "Lion" klubu futbolçuların əksəriyyətini satışa çıxarıb
Fransa klubu "Qarabağ"la oyuna görə çempionat matçının təxirə salınmasını istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













