Azərbaycan millisinin sabiq məşqçisi: "Sabah”ın müdafiə xəttində problemlər ola bilər"
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele” ilə qarşılşacaq “Sabah”ın müdafiə xəttində problemlər ola bilər.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis komandadan müsbət nəticə gözləyr:
“Təbii ki, “Sabah”dan müsbət nəticə gözləyirəm. Düzdür, rəqib o qədər də tanınmış deyil. Amma ötənilki nəticələrinə baxsaq, ciddi və çətin olduğu haqqında fikir yaradır. “Sabah”a gəlincə, yeni baş məşqçi gətiriblər. O, qısa müddətdir komandadadır. Bu zaman ərzində nə dərəcədə uyğunlaşması, heyəti tanıması, istədiyi oyunu komandaya aşılaya bilib-bilməməsi vacib amildir. Təbii ki, komanda 100 faiz hazır olmayacaq. Gedənlər, yeni gələnlər var. Buna baxmayaraq, hansısa cizgilər görə bilərik”.
O, komandaların oyun üslublarına toxunub:
“Sabah”ın baş məşqçisinin “Omoniya”da olarkən hücum futboluna üstünlük verdiyini görürdük. Komanda hər iki yoxlama oyununda qollar vurub və buraxıb. Müdafiə xəttində müəyyən problemlər ola bilər. Çünki hücum edərkən əks-hücumlarda yaxalanırlar. Bu məqam da sual doğurur. Rəqib məşqçinin ispan olması isə bu deməkdir ki, onlar da artıq İspaniya futboluna uyğun çıxış edə bilərlər. Yəni, açıq və bol qollu oyun izləyə bilərik”.
A.Əsədov azarkeş amilinin də “Sabah”ın oyununa təsir edə biləcəyini deyib:
“Doğma meydan, azarkeş amili var. İlk oyundur. Azərbaycan Kubokunu qazanıblar, əhval-ruhiyyə yüksəkdir. Komandada yeni baş məşqçinin olması futbolçular üçün də motivasiyadır. Oyuna köklənəcəklər. Azarkeşlər yəqin ki, tribunları doldurarlar, çünki darıxıblar. Fasilədən sonra azarkeş amili rol oynaya bilər. Düşünürəm ki, bu oyun hər iki komanda üçün əsasən kəşfiyyat xarakteri daşıyacaq. “Sabah”ın ilk oyunda məsələni həll etmək istəyəcəyini düşünmürəm. Bir qədər ehtiyatlı yanaşa bilərlər”.
Qeyd edək ki, “Sabah” - “Sele” görüşü bu gün, saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq üzvü: Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər
Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
"Sele"nin baş məşqçisi: "Sabah" haqqında kifayət qədər məlumatımız var"
Azərbaycan millisinin sabiq məşqçisi: “Elfsborq"la matçda "Qarabağ”ın şansını yüksək qiymətləndirirəm”
Millinin baş məşqçisi: "Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












