Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub
sizinxeber.az xəbər saytı

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub


Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xdmətinə istinadən xəbər verir ki, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçına təsadüf edib.

Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

Oxşar xəbərlər

“Qəbələ” klubu tarixində 900-cü qolu vurub
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub
“Sabah” klubu Azərbaycan Kubokunda 40-cı qolunu vurub
“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər