“Sabah” klubu Azərbaycan Kubokunda 40-cı qolunu vurub
sizinxeber.az xəbər saytı

“Sabah” klubu Azərbaycan Kubokunda 40-cı qolunu vurub


“Sabah” klubu Azərbaycan Kubokunda 40-cı qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley qoluna Pavol Şafranko imza atıb.

O, yarımfinal mərhələsinin “Neftçi” ilə ilk oyununda komandasının 2-ci qolunun müəllifi olub. Paytaxt təmsilçisi 40-cı topu 21-ci matçında vurub. Bunlardan 18-i evdə, 22-si səfərdə qeydə alınıb.

2:1 hesabı ilə qalib gələn “Sabah” 11-ci səfərində 5-ci qələbəsini də qazanıb.

Qeyd edək ki, Bakı klubu kubokda ilk görüşünə 2017/2018 mövsümündə çıxıb.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” Azərbaycan Kubokunda yubiley qolunu vurub
“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub
“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub
“Səbail” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub
“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər