Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”
sizinxeber.az xəbər saytı

Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”


Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında çempionluğa iki komanda namizəddir.

Bu barədə “Report”a açıqlamasında yığmanın baş məşqçisi Sahib Məmmədov bildirib.

O, əsas mübarizənin “Marafon” və VTB komandaları arasında gedəcəyini düşünür:

“Reqlamentə görə bütün komandalar bir-birilərinə qarşı oynayacaqlar. Ən çox xal toplayan çempion olacaq. Koronavirusa qədər çimərlik futbolu üzrə Azərbaycan çempionatı var idi. Son 6 ildə təşkil olunmurdu. Əlbəttə, bu çempionatın keçirilməsi çox yaxşı hadisədir. Çünki milli üçün yeni futbolçular tapıla bilər. Altı komanda iştirak edəcək. Favoritlər, yəni çempionluğa əsas namizədlər “Marafon” və VTB komandalarıdır. Çünki yığma üzvlərinin yarısı bu komandaların birində, yarısı digərindədir. Mənə elə gəlir ki, əsas mübarizə bu kollektivlər arasında olacaq”.

Mütəxəssis çempion komandanın “Euro Winners Cup”ın əsas mərhələsində iştirak edəcəyini vurğulayıb:

“Çempion komanda Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. İkinci yeri tutan komanda isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq”.

Qeyd edək ki, çimərlik futbolu üzrə Azərbaycan Super Liqası sabah start götürəcək və iyulun 15-nə qədər davam edəcək.

Oxşar xəbərlər

Super Liqada ilk iki yeri tutacaq komandalar Azərbaycanı avrokuboklarda təmsil edəcəklər
Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər