Super Liqada ilk iki yeri tutacaq komandalar Azərbaycanı avrokuboklarda təmsil edəcəklər
Çimərlik futbolu üzrə Super Liqada ilk iki yeri tutacaq komandalar Azərbaycanı avrokuboklarda təmsil edəcəklər.
Bunu “Report”a açıqlamasında Azərbaycan Çimərlik Futbolu Federasiyasının meneceri Rüfət Həsənov deyib.
“İlk iki yeri tutacaq komandalar avrokuboklara vəsiqə qazanacaqlar. Çalışırıq belə yarışlar davamlı olsun. Çünki həmişə maraqlı keçir, futbolçular da bəyənirlər. Amma təəssüf ki, həmişə alınmır. Məsələn, ötən il də turnir keçirmək istəyirdik, amma olmadı. Super Liqanın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək. Avrokubok oyunları indiyədək Portuqaliyanın Nazare şəhərində təşkil olunub. Bu il harada baş tutacağı hələ dəiqləşməyib”, - deyə qurum rəsmisi söyləyib.
O, bank təminatı məktubu verən klubların Super Liqada iştirakının təsdiqləndiyini vurğulayıb:
“Yarışda cəmi 6 komanda mübarizə aparacaq. Hansı kollektivlər rəsmi şəkildə müraciət edib və avrokuboklarda iştirakla bağlı bank təminat veribsə, onlar da yarışa qatılacaqlar”.
Qeyd edək ki, Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik voleybolu komandaları EEVZA çempionatında çıxış edəcəklər
Azərbaycanı növbəti mövsüm avrokuboklarda iki basketbol klubu təmsil edə bilər
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb
Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb
Azərbaycanın çimərlik futbolu millisi Türkiyəyə təlim-məşq toplanışına yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












