Modriçin karyerasını “Milan”da davam etdirəcəyi dəqiqləşib
sizinxeber.az xəbər saytı

Modriçin karyerasını “Milan”da davam etdirəcəyi dəqiqləşib


“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Rafael Leao, Mayk Menyan və komanda ilə adı hallanan Luka Modriç barədə fikirlərini bölüşüb: “Rafael Leaonun komandaya qatacağı çox şey var. O, karyerasının zirvəsinə çatacaq yaşdadır. O bizimlə davam edəcək".

Baş məşqçi komandadan ayrılması gündəmdə olan qapıçı Mayk Menyanla bağlı isə bunları deyib: “O, Avropanın ən yaxşı qolkiperlərindən biridir. Mən xoşbəxtəm ki, kapitanımız komandada qalmağı seçdi”.

Alleqri, həmçinin, “Milan”la adı hallanan Luka Modriç haqqında da danışıb: “Çox güman ki, Luka avqust ayında bizə qoşulacaq. Hazırda o “kral klubu” ilə Klublararası Dünya Çempionatında iştirak edir”.

Qeyd edək ki, Massimiliano Alleqri 2024-cü ildə “Yuventus”la yollarını ayırdıqdan bir il sonra “Milan”ın baş məşqçisi təyin olunub.

Oxşar xəbərlər

“Milan derbisi” heç-heçə bitib
Joao Feliks “Milan”a transfer olub
"Bavariya” 1/8 finala çıxıb, “Milan” mübarizəni dayandırıb
“Yuventus” “Milan”ı məğlub edib
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle