Yamalın ad günü qadağalarla keçiriləcək
"Barselona" futbol klubunun ulduzu Lamin Yamal adı Kataloniya klubu ilə tez-tez hallanan Niko Uilyams ilə birgə təntənəli ad günü mərasimi keçirməyə hazırlaşır.
"Report" İspaniya mətbuatına istinadən xəbər verir ki, millinin hər iki üzvü eyni gündə - iyulun 12-də anadan olub.
Həmin gün Yamalın 18, Uilyamsın isə 23 yaşı tamam olacaq.
Mətbuat yazır ki, İbiza adasında keçiriləcək tədbirdə müğənni Bad Gyal çıxış edəcək. Son zamanlar mətbuat Yamal ilə müğənninin "isti münasibətləri" haqda bir sıra yazılar dərc edib.
Maraqlıdır ki, tədbirin keçiriləcəyi məkan və dəqiq vaxt barədə məlumat gizli saxlanılır. İspaniya mətbuatı bildirir ki, bu barədə qonaqlara 1 gün əvvəl məlumat veriləcək.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, tədbir iştirakçılarının mobil cihazları "ciddi nəzarət altında olacaq".
Oxşar xəbərlər
Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadıb
"Barselona" klubu Niko Uilyamsla anlaşıb
Lamin Yamal "Transfermarkt"ın ən bahalı futbolçusu olub
Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub
"Barselona"nın futbolçusu Lamin Yamalın atası bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
