"Bavariya" Braziliya millisinin hücumçusu ilə maraqlanır
Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Arsenal"da çıxış edən Qabriel Martinelli ilə maraqlanır.
"Sizinxeber.az" "Bild" nəşrinə istinadən xəbər verir ki, "topçular" da braziliyalı forvard üçün təkliflərə açıqdır.
Münhen təmsilçisi hücumçu mövqeyini daha da gücləndirmək niyyətindədir. Hazırkı ölkə çempionu İspaniyanın "Atletik" komandasında çıxış edən Niko Uilyamsı almağa çalışsa da, oyunçu "Barselona"da oynamağa üstünlük verir.
"Arsenal" isə maaş fondunu azaltmaq istədiyindən bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırdır. Buna görə bir neçə oyunçu üçün gələcək təkliflər dəyərləndiriləcək.
Qeyd edək ki, 2019-cu ildən London klubunda çıxış edən Braziliya millisinin üzvü 225 matçda 51 qola imza atıb.
Oxşar xəbərlər
"Arsenal" klubu dörd hücumçu ilə maraqlanır
"Bavariya" İspaniya millisinin üzvü üçün danışıqlara başlayıb
İspaniyanın üç nəhəng klubu eyni hücumçu ilə maraqlanır
"Yuventus" İngiltərə klubunun futbolçusu ilə maraqlanır
"Real" Portuqaliya millisinin futbolçusu ilə maraqlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













