sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Avropa Kubokunda iştirak edəcək Azərbaycan karateçiləri Belçikaya yollanıblar
Fullkontakt kyokuşin karate üzrə II Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin üzvləri Belçikanın Antiverpen şəhərinə yollanıblar.
"Report" xəbər verir ki, yığma turnirdə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında 8 idmançı ilə mübarizə aparacaq.
Mail Abdullayev ölkəmizi hakim qismində təmsil edəcək.
Avropa Kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq. Millimiz yarışa Azərbaycan Karate Federasiyasının kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.
Qeyd edək ki, turnir noyabrın 23-dən 24-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər
Avropa çempionatının qalibi: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim
Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub
Azərbaycan cüdoçuları Macarıstanda Avropa Kubokunda iştirak edəcəklər
"Azərreyl" klubu Avropa Kubokunda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













