sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.
"Sizinxeber.az" xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib çıxıb.
Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 12 medal qazanıblar
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
Azərbaycan gimnastları Britaniyada yarışda 1 qızıl, 1 bürünc medal qazanıblar
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan gimnastları beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











