“Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

“Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib


Yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.

Ardınca çıxış edən Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov bildirib ki, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib. O, “Heydər Əliyev Kuboku” turnirinin əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstan yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də baş tutacaq.

Oxşar xəbərlər

Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər 
Mingəçevirdə "Prezident Kuboku-2025" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle