Bakıda bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Bakıda bədii gimnastika üzrə Dünya kuboku, AGF Trophy beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Ardınca Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə
açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Artıq ölkəmiz doqquzuncu dəfədir ki, bu yarışa ev sahibliyi edir. Bildirmək istəyirəm ki, ildən turnirdə iştirak edən ölkələrin sayı artmaqdadır. Hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir”.
Azərbaycanın Dövlət himninin səsləndirilməsinin ardıncan tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, bu gündən start götürən və 3 gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyirlər. Ənənəyə uyğun olaraq ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri keçiriləcək
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












