Mingəçevirdə "Prezident Kuboku-2025" beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilən tədbirdə qalib komandalar kuboklarla təltif edilib.
Kaneo-kayak növündə Özbəkistan, akademik avarçəkmədə isə Gürcüstan yığmaları kubokla mükafatlandırılıb.
Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı olub.
“Prezident Kuboku-2025”ə atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri yarışı 15 medalla (1 qızıl, 7 gümüş, 7 bürünc) başa vurublar. Turniedə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.
Oxşar xəbərlər
"Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
"Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək
"Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











